Qlobal ticarət iqtisadi qeyri-müəyyənliklər və geosiyasi gərginliyin təzyiqi altındadır | Banco.az

Qlobal ticarət iqtisadi qeyri-müəyyənliklər və geosiyasi gərginliyin təzyiqi altındadır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal ticarət iqtisadi qeyri-müəyyənliklərin və geosiyasi gərginliyin təzyiqi altındadır.

Banco.az xəbər verir ki, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş iqtisadçısı Ralf Ossa qlobal iqtisadiyyatın vəziyyəti, bir çox ölkədə pul siyasətinin sərtləşdirilməsi və geosiyasi gərginliyin ticarətə təsiri ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Ossa bildirib ki, yüksək enerji qiymətləri, artan inflyasiya, sərt pul siyasəti və Çin iqtisadiyyatının pandemiyadan sonrakı bərpasında müşahidə olunan ləngimələr bu il qlobal ticarətdə artımın kəskin şəkildə yavaşlamasına səbəb olub. O qeyd edib ki, bu amillərə görə qlobal ticarətlə bağlı artım proqnozlarını aşağı salmalı olublar.

Qlobal iqtisadi artımın yavaşlaması ilə bütün məhsullara, o cümlədən ümumilikdə idxala tələbin azaldığını vurğulayan Ossa ötən il inflyasiyanın bir çox ölkədə 1980-ci illərdən bəri görünməmiş səviyyəyə yüksəldiyini dilə gətirib. 

Ossa qlobal ticarətin 2008-2009-cu illərdəki maliyyə böhranından sonra qlobal iqtisadiyyatla eyni sürətlə, yəni orta hesabla 2,7 faiz artdığını bildirib və əlavə edib ki, bu əlaqəni qorumaq üçün ticarət 2023-cü ildə proqnozlardan az böyüdükdən sonra 2024-cü ildə qlobal iqtisadiyyatdan daha sürətli böyüməli olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram