Müəllif: Tamara Mustafayeva, Banco.az
Beynəlxalq Enerji Agentliyi (BEA) bu il qlobal təbii qaz tələbatında 2,5 faizlik güclü artım ola biləcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) Qaz Bazarı Hesabatına əsasən, 2023-cü ildə dünyada təbii qaza tələbat 0,5 faiz artıb.
kovid-19 məhdudiyyətlərinin aradan qaldırılması və iqtisadi fəaliyyətin canlanması ilə Çinin qaz təbii tələbatı keçən il 7 faiz artıb. Çin həm də dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) idxalçısı adını da yenidən qazanıb.
Digər tərəfdən, ötən il Avropanın qaz tələbatı 7 faiz azalaraq 1995-ci ildən bəri ən aşağı həddə düşüb. Bu azalmada bərpa olunan enerji mənbələrindəki sürətli artım, eləcə də nüvə enerjisi istehsalının artması rol oynayıb.
Ötən il qaz tələbatının məhdud artımından sonra bu il dünya qaz tələbatının güclü şəkildə 2,5 faiz (100 milyard kubmetr) artacağı proqnozlaşdırılır. Qışın daha soyuq keçəcəyi və qiymətlərin ucuzlaşması proqnozlarının qaza olan tələbatın canlanmasını dəstəkləyəcəyi təxmin edilir.
Bizi sosial şəbəkələrdən izləyin!!