Müəllif: Tamara Mustafayeva, Banco.az
Beynəlxalq Enerji Agentliyi (IEA) “Kömür: Yarımillik Yeniləmə” adlı hesabatını yayımlayıb.
Banco.az xəbər verir ki, hesabata görə, 2024-cü ildə dünyada kömürə tələbat illik əsasda 1,5 faiz artaraq 8,8 milyard tonla yeni rekord səviyyəyə çatıb.
Tələbatdakı artıma Çin, Hindistan, İndoneziya və digər inkişaf etməkdə olan iqtisadiyyatlarda artan istehlak səbəb olub. Lakin Avropa, Şimali Amerika və şərqi Asiyadakı inkişaf etmiş iqtisadiyyatlarda zəifləyən tələbat bu artımı tarazlaşdırmaq üçün kifayət etməyib.
Çin və Hindistanda elektrikə olan tələbin zəif artması və bərpa olunan mənbələrdən elektrik istehsalının güclü şəkildə artması səbəbilə bu ölkələrin kömürə tələbatı azalıb.
ABŞ-da isə elektrik enerjisinə tələbat və təbii qazın qiymətindəki artım kömür istifadəsinin artmasına səbəb olub və nəticədə illik müqayisədə kömür istehlakı 10 faiz yüksəlib. Avropa İttifaqında (Aİ) sənaye mənbəli aşağı istehlak, elektrik istehsalından gələn daha yüksək tələbatı tarazlayıb və ümumi kömür tələbi sabit qalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!