Müəllif: Mehin Qasımova,Banco.az
Böyük Britaniyada yerləşən Rho Motion tədqiqat şirkəti iyun və 2024-cü ilin birinci yarısı üçün qlobal elektrikli avtomobil satış məlumatlarını açıqlayıb.
Banco.az xəbər verir ki, buna görə iyun ayında elektrikli vasitə satışları keçən ilin eyni dövrünə görə 24 faiz, bir əvvəlki aya görə isə 7 faiz artdı.
Bu ilin ilk altı ayında dünya üzrə ümumilikdə 9,1 milyon elektrik avtomobili satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz artım deməkdir.
Çin ilin birinci yarısında elektrikli avtomobil bazarında liderliyini qoruyub. İlk altı ayda dünyada satılan 5,5 milyon elektrik avtomobili Çində qeydə alınıb. Bu, ilk altı ayda ölkədə satışların illik müqayisədə 32% artması deməkdir.
Ölkənin bəzi şəhərlərində elektriklə işləyən avtomobillərə verilən subsidiyaların ləğv ediləcəyi xəbəri bazarın yavaşlaması ilə bağlı gözləntilərə səbəb olsa da, satışlar artmağa davam etdi.
İlin ikinci yarısında veriləcək əlavə maliyyə dəstəyi sayəsində Çində güclü satış artımının davam etdirilməsi gözlənilir.
Avropada 2024-cü ilin ilk yarısında elektrikli avtomobil satışları 26 faiz artaraq 2 milyon ədədə çatıb.
Böyük Britaniya, Almaniya və İspaniyada avtomobil satışları artmaqda davam edərkən, Fransada subsidiyaların geri çəkilməsi satışlara mənfi təsir göstərərək bazarda 13 faiz azalma ilə nəticələndi.
ABŞ, Kanada və Meksikanı əhatə edən bölgədə elektrikli avtomobil satışları ilin ilk yarısında 3 faiz artaraq cəmi 900.000 avtomobilə çatıb. Bu dövrdə Kanadada satışlar 23 faiz azalıb, Meksikada satışlar 20 faiz, ABŞ-da isə 6 faiz artıb.