Qızılın qiyməti apreldən bəri ilk dəfə bir troya unsiyası üçün 3,5 min dolları ötüb | Banco.az

Qızılın qiyməti apreldən bəri ilk dəfə bir troya unsiyası üçün 3,5 min dolları ötüb

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabrında tədarük üçün qızıl fyuçerslərinin qiyməti 22 apreldən bəri ilk dəfə bir troya unsiyası üçün 3,5 min dolları ötüb.

Banco.az  bu barədə ticarət platformasının məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, qiymətli metalın qiyməti 2,62 % artaraq 1 troya unsiyası üçün 3 534,10 dollar təşkil edib. Bakı vaxtı ilə saat 02:25-də qızılın qiyməti artımını ləngidərək bir unsiya üçün 3 492,10 dollara (+1,4 %) düşüb.