Müəllif - Fərid İslamov- Banco.az
Qızılın qiyməti çərşənbə axşamı ABŞ-ın keçmiş prezidenti Donald Trampın başladığı ticarət müharibəsinin genişlənməsi fonunda yüksəlir.
Qiymətli metalın bahalaşmasına Vaşinqtonun Ukraynaya hərbi yardımını dayandırması ilə bağlı qeyri-müəyyənlik də təsir göstərir.
Məlumata görə, Tramp Çin mallarının idxal rüsumlarını 10%-dən 20%-ə qaldıracağını elan edib. Buna cavab olaraq, Pekin bir sıra əks tədbirlər görəcəyini açıqlayıb. Bu gün həmçinin Kanada və Meksikadan idxal olunan mallara 25%-lik rüsumlar qüvvəyə minir. Kanada isə cavab tədbirləri görəcəyini bəyan edib.
Aprel ayı üçün qızıl fyuçerslərinin qiyməti çərşənbə axşamı 0,9% artaraq, bir unsiya üçün 2927,7 dollara yüksəlib. Fevral ayında isə qızılın qiyməti rekord həddə – 2955 dollara çatıb.
XS.com analitiki Samer Hasn The Wall Street Journal-a bildirib ki, qızılın bahalaşması ABŞ iqtisadiyyatında yüksək qeyri-müəyyənlik səviyyəsini əks etdirir. Ekspert qeyd edir ki, Vaşinqtonun Meksika, Kanada və Çinlə ticarət münaqişəsini kəskinləşdirməsi iqtisadi fəaliyyətin yavaşlamasına səbəb olacaq.