Qeyri-iş günlərində avtovağzallar gücləndirilmiş rejimdə çalışacaq | Banco.az

Qeyri-iş günlərində avtovağzallar gücləndirilmiş rejimdə çalışacaq

Silahlı Qüvvələr Günü və qeyri-iş günləri (26-29 iyun) ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq.

Bu barədə  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Məlumata görə, biletlərin onlayn qaydada və kassalardan əldə olunması təmin edilir. Biletim.az portalında 51 məntəqəyə 82 istiqamət üzrə bilet almaq mümkündür.

    Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə fasiləsiz hərəkət təmin ediləcək, hərəkət qrafiklərinə ciddi nəzarət olunacaq, xətlərə əlavə avtobuslar buraxılacaq.