ABŞ prezidenti Donald Tramp ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) Boeing 747-8 təyyarəsinin hədiyyə ediləcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, Tramp özünün Truth Social hesabındakı paylaşımında ABŞ mediasında Qətərin ölkəyə təyyarə bağışlayacağı ilə bağlı iddialarla bağlı açıqlamalar verib.
Pentaqonun 40 illik prezident təyyarəsi Air Force One yerinə Boeing 747-8 təyyarəsini qəbul edəcəyini bildirən Tramp yeni təyyarənin "tamamilə pulsuz" olacağını vurğulayıb.
New York Times-ın (NYT) məlumatına görə, qətərli bir səlahiyyətli, təklifin hələ qiymətləndirmə mərhələsində olduğunu bildirərkən, Ağ Evdən verilən açıqlamada qəbul edilən hədiyyələrin qanuna uyğun olaraq alınacağı vurğulanıb.
Digər tərəfdən, bəzi demokratlar sözügedən təyyarə xəbərinin Trampın Qətərdə yeni qolf kurortu layihəsini açıqlaması və Yaxın Şərq turu çərçivəsində Qətər hökumət rəsmiləri ilə görüşməsi ilə eyni vaxta təsadüf etdiyinə diqqət çəkib.
Konqresin Demokrat üzvləri təyyarənin qiymətinin 400 milyon dollar civarında olduğuna diqqət çəkərək , Trampın vəzifədən getdikdən sonra təyyarədən istifadə edə bilməsinin etikasını şübhə altına alıblar.