Qəhvə ticarətində yeni marşrut: Braziliya şirkətləri Çinlə razılaşdı | Banco.az

Qəhvə ticarətində yeni marşrut: Braziliya şirkətləri Çinlə razılaşdı

Müəllif:Mehin Qasımova,Banco.az 

Braziliyalı qəhvə şirkətləri ABŞ-ın rüsumlarından sonra Çin bazarı üçün razılaşma əldə ediblər.

Banco.az xəbər verir ki, Çinin Braziliyadakı səfirliyi, 183 yeni Braziliya qəhvə şirkətinin Çin bazarına ixracına icazə verildiyini açıqladı.

Yerli ixracatçılar üçün böyük rahatlıq olan bu tədbir ABŞ hökumətinin Braziliya qəhvəsi və digər məhsullarına yüksək tariflər elan etməsindən sonra qüvvəyə minib. Yazıda Çinin yeni ixrac icazələrinin beş il müddətinə qüvvədə olduğu bildirilib.

Tariflər ABŞ qəhvə istehsalçılarına satılan təxminən 8 milyon paket üçün alternativ tapmalı olan əmtəə treyderləri və Braziliya qəhvə ixracatçıları üçün problem yaradır .