40 ilin ən varlıları: Bill Qeytsdən İlon Maska | Banco.az

40 ilin ən varlıları: Bill Qeytsdən İlon Maska

Müəllif: Gülnar Əhmədli, Banco.az

Son 40 ildə dünyanın ən varlı şəxsi adı Yaponiyanın daşınmaz əmlak maqnatlarından ABŞ-nin texnologiya milyarderlərinə keçib. Bu dəyişiklik həm də nəhəng sərvətlərin formalaşdığı sahələrin necə dəyişdiyini göstərir.

Banco.az xəbər verir ki, telekommunikasiya, elektron ticarət, lüks mallar, daha sonralar isə elektrik avtomobilləri və kosmik texnologiyalar dünyanın ən böyük sərvətlərini yaradıb.

Tarixi sərvət göstəriciləri ABŞ-nin istehlak qiymətləri indeksi (CPI) əsasında inflyasiyaya uyğunlaşdırılıb. 2026-cı il göstəricisi isə “Forbes”in 2026-cı ilin sentyabrında açıqladığı real vaxt qiymətləndirməsinə əsaslanır.

Milyarderlərin sərvəti aktivlərin qiymətləri ilə sıx bağlı olduğundan, bu rəqəmlər qısa müddətdə belə ciddi dəyişə bilər. Məsələn, “Forbes”in 2026-cı il üzrə illik siyahısında mart ayındakı qiymətlər əsasında İlon Maskın sərvəti 839 milyard dollar hesablanmışdısa, sentyabr ayında real vaxt göstəricisində bu rəqəm 923 milyard dollara yüksəlib.

Bill Qeyts 40 illik məlumat bazasında digər şəxslərdən daha çox dəfə dünyanın ən varlı şəxsi olub. “Microsoft”un həmtəsisçisi 18 illik siyahıda birinci pillədə qərarlaşıb. O, 1995-2007-ci illərdə ardıcıl 13 il dünyanın ən varlı şəxsi olub.

  • 2026 - İlon Mask - 923 milyard dollar - SpaceX, Tesla

  • 2025 - İlon Mask - 350 milyard dollar - SpaceX, Tesla

  • 2024 - Bernar Arno və ailəsi - 239 milyard dollar - LVMH

  • 2023 - Bernar Arno və ailəsi - 228 milyard dollar - LVMH

  • 2022 - İlon Mask - 246 milyard dollar - SpaceX, Tesla

  • 2021 - Ceff Bezos - 215 milyard dollar - Amazon, Blue Origin

  • 2020 - Ceff Bezos - 144 milyard dollar - Amazon, Blue Origin

  • 2019 - Ceff Bezos - 168 milyard dollar - Amazon, Blue Origin

  • 2018 - Ceff Bezos - 147 milyard dollar - Amazon, Blue Origin

  • 2017 - Bill Qeyts - 116 milyard dollar - Microsoft

  • 2016 - Bill Qeyts - 103 milyard dollar - Microsoft

  • 2015 - Bill Qeyts - 110 milyard dollar - Microsoft

  • 2014 - Bill Qeyts - 106 milyard dollar - Microsoft

  • 2013 - Karlos Slim və ailəsi - 103 milyard dollar - América Móvil, Grupo Carso

  • 2012 - Karlos Slim və ailəsi - 99 milyard dollar - América Móvil, Grupo Carso

  • 2011 - Karlos Slim və ailəsi - 108 milyard dollar - América Móvil, Grupo Carso

Qeytsin inflyasiyaya uyğunlaşdırılmış sərvəti 1999-cu ildə, “dot-com” bumunun ən yüksək dövrlərinə yaxın vaxtda, təxminən 178 milyard dollara çatıb.

Yaponiyanın daşınmaz əmlak maqnatları ilk illərdə lider olub. Yoshiaki Tsutsumi 1987-1994-cü illərdəki səkkiz illik siyahının altısında birinci olub. Daşınmaz əmlak maqnatı Taikichiro Mori isə 1991 və 1992-ci illərdə dünyanın ən varlı şəxsi seçilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram