"PSG-Kapital İnvestisiya Şirkəti" nizamnamə kapitalını ikiqat artırır | Banco.az

"PSG-Kapital İnvestisiya Şirkəti" nizamnamə kapitalını ikiqat artırır

«PSG-Kapital İnvestisiya şirkəti» QSC nizamnamə kapitalını artırır. Şirkətdən banco.az-a verilən məlumata görə, artım nəticəsində nizamnamə kapitalının həcmi iki qat artaraq 2 milyon manata yüksələcək. 

Bununla da «PSG-Kapital İnvestisiya şirkəti» QSC ölkədə nizamnamə kapitalı ən yüksək olan investisiya şirkətinə çevriləcək.

Kapitalın artırılması əlavə səhm buraxılışı hesabına həyata keçiriləcək. 

Bu addım çərçivəsində hər birinin nominal qiyməti 1 000 AZN olan əlavə 1 000 ədəd səhm buraxılması nəzərdə tutulur. 

Maliyyə Bazarlarına Nəzarət Palatası səhm emissiyasını qeydiyyata alıb. 

​Səhm yerləşdirilməsi və kapitalın artırılması yaxın vaxtlarda həyata keçiriləcək.