"Procter & Gamble" işçi qüvvəsinin 15 faizini ixtisar edəcək | Banco.az

"Procter & Gamble" işçi qüvvəsinin 15 faizini ixtisar edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın istehlak malları şirkəti “Procter & Gamble” (P&G) restrukturizasiyası çərçivəsində növbəti iki il ərzində 7000 nəfəri işdən çıxaracaq.

Banco.az xəbər verir ki, P&G rəhbərlərinin Parisdə keçirilən Deutsche Bank İstehlakçı Konfransında etdikləri təqdimatda və şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi bildirişdə, şirkətin iki illik yenidənqurma proqramına başladığı bildirilib.

Açıqlamada qeyd olunub ki, bu yenidənqurma çərçivəsində istehsalatla bağlı olmayan mövcud işçi qüvvəsinin təxminən 15 faizini təşkil edən, təxminən 7 min vəzifənin ixtisar ediləcəyi gözlənilir.

"Procter & Gamble" bu yenidənqurma prosesinin iki il ərzində təxminən 1,6 milyard ABŞ dolları məbləğində xərc yaradacağını proqnozlaşdırır.

2024-cü ilin iyun ayına olan məlumata görə, "Procter & Gamble" dünya üzrə 108 min nəfəri işlə təmin edirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram