Problemli kreditlərin xüsusi çəkisi 15%-i keçib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Problemli kreditlərin xüsusi çəkisi 15%-i keçib

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il noyabrın 1-nə 1 889,6 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 32,5 mln. manat və yaxud 1,75% çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 417 milyon manat və yaxud 28,3%, son 1 ildə isə 514 mln. manat və yaxud 37,4% artıb.

Oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 15,55% təşkil edib. Bu nisbət sentyabrın sonuna 14,9%, ötən ilin sonuna 8,95%, ötən il oktyabrın sonuna isə 8,7% olub. 

Mənbə: Report.az