Porsche holdinqi 2024-cü ildə 20 milyard avro xalis zərər əldə edib | Banco.az

Porsche holdinqi 2024-cü ildə 20 milyard avro xalis zərər əldə edib

Müəllif - Fərid İslamov - banco.az

 Almaniyanın Porsche Automobil Holding SE (Porsche SE) 2024-cü ildə investisiyalarının dəyərinin geniş miqyaslı silinməsi səbəbindən 20 milyard avro xalis zərər qeydə alıb.

Volkswagen AG aktivlərinin Porsche SE balansında qeyri-pul dəyərsizləşməsi 19,9 milyard avro təşkil edib, Porsche AG-dəki payla bağlı silinmələr isə əlavə olaraq 3,4 milyard avro olub. Holdinq Volkswagen-in əsas səhmdarıdır və həmçinin Porsche AG-nin adi səhmərinin 25%-nə sahibdir.

Holdinqin düzəldilmiş mənfəəti keçən il 5,1 milyard avrodan 3,2 milyard avroya qədər azalıb.

Porsche SE keçən il xalis borcunu 500 milyon avro azaldaraq 5,2 milyard avroya endirib.