Porsche Almaniyanın əsas DAX indeksindən çıxarılacaq | Banco.az

Porsche Almaniyanın əsas DAX indeksindən çıxarılacaq

Müəllif - Fərid İslamov  Banco.az

İdman avtomobilləri istehsal edən Porsche AG-nin səhmləri Almaniyanın əsas DAX indeksindən çıxarılacaq. DAX indeksinə Almaniyanın 40 ən böyük kapitalizasiyalı şirkəti daxildir.

Porsche, nəzarət paketinin sahibi olan Volkswagen-ə məxsusdur, və 2022-ci ilin dekabrında IPO-dan sonra DAX-a daxil olmuşdu. Bu ilin əvvəllərindən şirkətin kapitalizasiyası 24% azalıb, əsas səbəblər ABŞ-ın idxal rüsumlarının tətbiqi və Çində satışların azalmasıdır.

İndeks operatorunun məlumatına görə, DAX-dan həmçinin tibbi avadanlıq istehsalçısı Sartorius-un səhmləri də çıxarılacaq. Porsche və Sartorius səhmləri MDAX indeksinə köçürüləcək.

DAX indeksinə isə onlayn ticarət platformaları operatoru Scout24qida sənayesi avadanlıqları istehsalçısı GEA Group-un səhmləri daxil ediləcək.

Dəyişikliklər 22 sentyabrda qüvvəyə minəcək.