Polşa müdafiə xərclərini artıracaq | Banco.az

Polşa müdafiə xərclərini artıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Polşanın müdafiə büdcəsi 2025-ci ildə 46 milyard dollar təşkil edəcək və ölkə ÜDM-nin 4,7%-nə çatacaq.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  

“2025-ci ilin büdcəsində milli müdafiə üçün rekord məbləğ - 124,3 milyard zloti (30,6 milyard dollar) nəzərdə tutulub. Silahlı Qüvvələrə Dəstək Fondunun xərcləri ilə birlikdə gələn il milli müdafiəyə ayrılan xərclər 186,6 milyard zlotiyə (ümumi ekvivalentdə 46 milyard dollar) çatacaq”, - məlumatda deyilir.  

“Bu o deməkdir ki, 2025-ci ildə Polşa ordusuna xərclər ÜDM-in 4,7%-ni, bu il isə ÜDM-in 4,2%-ni təşkil edəcək”, - Müdafiə Nazirliyi vurğulayıb.