PepsiCo, poppi brendini 1,95 milyard dollara alacaq | Banco.az

PepsiCo, poppi brendini 1,95 milyard dollara alacaq

 

Müəllif - Fərid İslamov - Banco.az

 Dünyanın ikinci ən böyük alkoqolsuz içki istehsalçısı olan PepsiCo Inc., poppi brendini 1,95 milyard dollara almaq niyyətindədir. Bu barədə məlumat şirkətin saytında dərc edilib.

PepsiCo, bu müqavilə ilə əlaqədar olaraq 300 milyon dollar vergi güzəşti əldə etməyi planlaşdırır, nəticədə alışın xalis dəyəri 1,65 milyard dollar təşkil edəcək. Şirkət həmçinin bildirib ki, bu razılaşma, müəyyən göstəricilərə vaxtında çatılacağı təqdirdə əlavə ödənişləri də nəzərdə tutur.

Alışla bağlı digər təfərrüatlar və razılaşmanın tamamlanma müddəti barədə məlumat verilməyib.

Poppiaşağı kalorili, az şəkərli qazlı içkilər istehsal edən məşhur və sürətlə inkişaf edən bir brenddir. Onun tərkibinə prebiotiklər, meyvə şirəsi və alma sirkəsi daxildir. Brend, daha sağlam həyat tərzi keçirmək istəyən istehlakçılara yönəlib, – deyə PepsiCo-nun mətbuat açıqlamasında bildirilir.

PepsiCo-nun səhmləri bazar ertəsi keçirilən ticarətlərdə 1,4% artıb. İl başından etibarən isə şirkətin kapitalizasiyası 0,8% azalaraq 203,79 milyard dollara düşüb.