Pentaqon Türkiyəyə raket satışına icazə verib | Banco.az

Pentaqon Türkiyəyə raket satışına icazə verib

Müəllif:Mehin Qasımova, Banco.az

Pentaqon Türkiyəyə raket satışına icazə verib.

Banco.az xəbər verir ki, müvafiq olaraq, ABŞ Dövlət Departamenti ümumi dəyəri təxminən 225 milyon dollar olan 53 ədəd AIM-120C-8 Advanced Medium Menzilli Hava-Hava Raketləri (AMRAAM) və 6 AIM-120C-8 AMRAAM idarəedici sistemlərinin satışını təsdiqləyib.

Bundan əlavə, nazirlik ümumi dəyəri 79,1 milyon ABŞ dolları olan 60 ədəd AIM-9X Sidewinder Block II raketlərinin və müvafiq logistika və proqram təminatı elementlərinin və 11 ədəd AIM-9X Block II Taktiki idarəedici qurğunun satışına icazə verib.

ABŞ administrasiyasının təsdiqlədiyi “hava-hava” tipli raketlərin müxtəlif hava missiyalarında, xüsusilə F-16-larda istifadə oluna biləcəyi bildirilib.

Konqresə göndərilən silah satışının təsdiqlənməsi üçün 15 günlük etiraz müddəti var. Bu müddət ərzində Konqresdən heç bir etiraz gəlməsə, silah satışı başa çatmış sövdələşmə sayılır.