Müəllif - Fərid İslamov - Banco.az
ABŞ Federal Ehtiyat Sistemi (FED) sədri Jerome Pauell çərşənbə günü başa çatan iki günlük iclasdan sonra keçirdiyi mətbuat konfransında bildirib ki, heç kim bilmir ki, ABŞ iqtisadiyyatı üç il sonra hansı vəziyyətdə olacaq.
Eyni zamanda, əsas ssenari göstərir ki, ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi idxal rüsumlarının inflyasiyaya təsiri qısa müddətli olacaq, deyə FED rəhbəri qeyd edib. Onun sözlərinə görə, bu təsirin sürəti və miqyası artıq azalıb.
Pauell əlavə edib ki, rüsumlar əsas yükü ixracatçılara deyil, onlar ilə istehlakçı arasında yerləşən şirkətlərə daşıyır.
Bununla belə, o, ölkədə inflyasiyanın sürətlənməsini əsasən malların qiymətləri ilə izah edir:
“Biz artıq görürük ki, malların qiymətləri inflyasiyanın sürətlənməsində özünü göstərir və hətta bu il sürətlənmənin əsas hissəsini və ya bütününü məhz qiymət artımı təmin edir,” — deyə Mərkəzi Bank rəhbəri bildirib.
