“PAŞA Holdinq” aktivlərini 10 % artırıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“PAŞA Holdinq” aktivlərini 10 % artırıb

2020-ci il yanvarın 1-nə “PAŞA Holdinq” MMC-nin aktivləri 11,9 milyard manat təşkil edib.

Bu, 2019-ci il yanvarın 1-i ilə müqayisədə təxminən 10 % çoxdur.

Hesabat dövründə şirkətlər qrupunun öhdəlikləri təxminən 11 % artaraq 9,3 milyard manata, balans kapitalı isə təxminən 8 % artaraq 2,6 milyard manata çatıb.

2019-cu ildə holdinq 1,5 milyard manat gəlir əldə edib. Bu, 2018-ci illə müqayisədə təxminən 15% çoxdur.

Hesabat dövründə holdinqin işçilərinin sayı təxminən 35 % artaraq 8 500 olub.

Xatırladaq ki, “PAŞA Holdinq” 2006-cı ildə yaradılıb. Holdinq Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda - əsasən, maliyyə, tikinti və turizm sahələrində bir sıra müəssisələrə malikdir.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram