“PAŞA Həyat Sığorta” media işçiləri üçün təlimə başlayır | Banco.az

“PAŞA Həyat Sığorta” media işçiləri üçün təlimə başlayır

“PAŞA Həyat Sığorta” şirkəti noyabrın 21-22-də iqtisadiyyat və maliyyə mövzusunda yazan jurnalistlər üçün ödənişsiz treninq keçirəcəkdir.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən  bildirmişlər ki, treninqin əsas məqsədi iqtisadiyyat, o cümlədən maliyyə sahəsində məqalələr yazan jurnalistlərin sığortaya, habelə həyat sığortasına marağını, bilik və bacarıqlarını daha da artırmaqdır.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcəkdir.

azertag.com