Müəllif: Gülnar Əhmədli, Banco.az
PAŞA Bank-ın xalis mənfəəti cari ilin 1 aprel tarixinə 48 milyon 287 min manat təşkil edib. Bu, illik müqayisədə 4,3 milyon manat və ya 9,7% çoxdur.
Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2026-cı ilin mart ayının sonuna PAŞA Bank-ın aktivləri illik müqayisədə 799 milyon 945 min manat və ya 9,7% artaraq 9 milyard 48 milyon 57 min manata yüksəlib.
Bu ilin aprel ayının əvvəlinə PAŞA Bank-ın kredit portfeli 3 milyard 326 milyon 239 min manat təşkil edib ki, bu da illik 40 milyon 519 min manat (1,2%) artım deməkdir.
Hesabat dövrünə bankın depozit portfeli isə 6 milyard 910 milyon 712 min manat olub. Bunun da 1 milyard 908 milyon 35 min manatını fiziki şəxslərin depozitləri, 5 milyard 2 milyon 677 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
