PAŞA Bank-ın aktivləri 6% artıb | Banco.az

PAŞA Bank-ın aktivləri 6% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

PAŞA Bank-ın xalis mənfəəti cari ilin 1 iyul tarixinə 91 milyon 585 min manat təşkil edib. 

Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2025-ci ilin iyun ayının sonuna PAŞA Bank-ın aktivləri illik müqayisədə 494 milyon 369 min manat və ya 5,8% artaraq 8 milyard 967 milyon 300 min manata yüksəlib.

Bu ilin iyul ayının əvvəlinə PAŞA Bank-ın kredit portfeli 3 milyard 280 milyon 866 min manat təşkil edib ki, bu da illik 193 milyon 965 min manat (6,3%) artım deməkdir.

Hesabat dövrünə bankın depozit portfeli isə 6 milyard 707 milyon 850 min manat olub. Bu, illik müqayisədə 169 milyon 473 min manat və ya 2,6% çoxdur. Bunun da 1 milyard 766 milyon 15 min manatını fiziki şəxslərin depozitləri, 4 milyard 941 milyon 835 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram