Panama kanalı vasitəsilə neft daşınması 74% artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Panama kanalı vasitəsilə neft daşınması 74% artıb

Müəllif:Mehin Qasımova,Banco.az

Hörmüz boğazının blokadası nəticəsində nəqliyyat axınlarının pozulması səbəbindən Atlantik və Sakit okeanlar arasında Panama kanalı vasitəsilə neft və neft məhsulları daşınması 74% artıb.

Banco.az xəbər verir ki, Yaponiyanın  Nikkei qəzetinin məlumatına görə, bu daşımalar əsasən ABŞ-ın Şərq sahillərindən Fars körfəzindən tədarükün kəskin azalması ilə üzləşən Asiya ölkələrinə yönəldilir.

Məlumatlara görə, aprel ayında Panama kanalından gündə 1,77 milyon barelə qədər neft və neft məhsulları daşınıb. Bu, 2013-cü ildə belə bir statistika tərtib edildikdən bəri ən yüksək göstəricidir. Panama kanalı vasitəsilə Yaponiyaya neft və neft məhsulları daşınması 2025-ci il səviyyəsi ilə müqayisədə beş dəfədən çox artıb.

Magistralın tutumu hazırda demək olar ki, tükənib, gəmilərin uzun növbələri yığılıb. Prioritet keçid hərraca çıxarılır və yol haqqı artıq 1 milyon dollara çatır.

Panama kanalı yalnız kiçik və orta ölçülü tankerlər üçün uyğundur.