Palata “AtaSığorta”nın təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyasını dayandırdı | Banco.az

Palata “AtaSığorta”nın təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyasını dayandırdı

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi dayandırılmışdır.

Həmçinin Oxu:  “AtaSığorta”dan Palatanın qərarına münasibət

 

“AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin məcmu kapitalının tələb olunan kapitalından az olması ilə əlaqədar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 106.1.8-ci  maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən, Palatanın İdarə Heyətinin 17 dekabr 2018-ci il tarixli qərarı ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi 5 ay müddətinə dayandırılmışdır.