Pakistan kapitallı şirkət Qarabağda düyü emal edəcək | Banco.az

Pakistan kapitallı şirkət Qarabağda düyü emal edəcək

Pakistan kapitallı "Azerbaijan Rice Processing Mill" MMC-yə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının rezidentliyi statusu verilib.

Bu barədə Agentlikdən məlumat verilib.

Bildirilib ki, şirkət tərəfindən sənaye parkının ərazisində "Düyü emalı" layihəsi həyata keçiriləcək. Belə ki, şirkət ölkəyə idxal olunan çəltiyin emalı, sortlaşdırılması və düyü məhsulunun qablaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 200 hektar ərazini əhatə edən parkın 30 %-dən çox hissəsi sahibkarların istifadəsinə verilib. Parkda hazırda 2 müəssisə fəaliyyət göstərir.

Sənaye parkında sahibkarlar indiyə qədər 1,7 milyon manatlıq məhsul satıb və xidmətlər göstərilib. Bundan başqa parkda hazırda 5-dən çox müəssisənin tikintisi istiqamətində işlər görülür.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram