Ötən il rezident bankların AMB-də depozitləri 52%-dən çox azalıb | Banco.az

Ötən il rezident bankların AMB-də depozitləri 52%-dən çox azalıb

31 dekabr 2024-cü il tarixinə rezident bankların Azərbaycan Mərkəzi Bankında (AMB) yerləşdirdiyi depozitləri (hesablanmış faiz daxil olmaqla) 1 milyard 268 milyon 460 min manat təşkil edib.

 Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 52.7% azdır. Belə ki, əvvəlki ildə rezident bankların AMB-də yerləşdirdiyi depozitlərin həcmi 2 milyard 681 milyon 989 min manat idi.

    Qeyd edilib ki, 31 dekabr 2024-cü il tarixinə AMB-nin balansında olan 1 milyard 268 milyon 460 min manat dəyərində depozit (31 dekabr 2023: 1 milyard 175 milyon 224 min manat ) pul siyasəti çərçivəsində hərrac vasitəsilə daimi imkanlar aləti kimi cəlb edilib.

    APA