Ötən il Azərbaycanda dövriyyədə olan debet və kredit kartları ilə aparılan ölkəxarici əməliyyatların həcmi 3 milyard 303 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 2.9% və ya 92 milyon manat artıb.
2024-cü ildə kartlarla ölkəxarici əməliyyatların 3 milyard 141 milyon manatı (5%-i) nağdsız ödənişlərin, 161 milyon manatı isə nağd pulun çıxarılması ilə bağlı olub.
Qeyd edək ki, hesabat dövründə debet kartları ilə ölkəxarici əməliyyatların həcmi 2 milyard 971 milyon manat, kredit kartları ilə bu əməliyyatların həcmi isə 332 milyon manat olub.
Xatırladaq ki, 2025-ci il yanvar ayının 1-nə ölkədə debet kartlarının sayı 17 milyon 642 min ədəd, kredit kartlarının sayı isə 2 milyon 256 min ədəd olub. Bu kartlarla ölkədaxili əməliyyatların həcmi isə 122 milyard 892 milyon manat təşkil edib.
apa