Ötən il hüquqi şəxslərin cəmi depozitləri 4%-dən çox artıb | Banco.az

Ötən il hüquqi şəxslərin cəmi depozitləri 4%-dən çox artıb

2024-cü ildə maliyyə sektoru çıxılmaqla depozit portfeli 7.5% artaraq 37.2 mlrd. manat təşkil edib.

Banco.az Mərkəzi Banka istiandən xəbər verir ki, müddətli depozitlər 21.8% artaraq 14.5 mlrd. manat təşkil etmiş, cari depozitlərin həcmi isə əhəmiyyətli dəyişməyib.

Hesabat ili ərzində hüquqi şəxslərin cəmi depozitləri 4.1% artaraq dövrün sonuna 22.5 mlrd. manat təşkil edib. Hüquqi şəxslərin depozitlərində cari hesabların payı dövrün sonunda ilin əvvəli ilə müqayisədə 3 faiz bəndi azalaraq 73.7%, müddətli depozitlərin payı isə 3 faiz bəndi artaraq 26.3% olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram