Ötən il BOKT-ların aktivləri 1.2 milyard manatı ötüb | Banco.az

Ötən il BOKT-ların aktivləri 1.2 milyard manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 2025-ci ildə 111,5 milyon manat xalis mənfəət əldə ediblər. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, BOKT-ların xalis mənfəəti 2024-cü illə müqayisədə 45,6 milyon manat və ya 29% azalıb.

Məlumata görə, bu ilin 1 yanvar tarixinə BOKT-ların aktivləri 1 milyard 243.6 milyon manat olub. Bu da illik müqayisədə 250,3 milyon manat və ya 25,2% çoxdur.

Qeyd edək ki, hesabat dövrü ərzində BOKT-ların öhdəlikləri 26,5% artaraq 679,3 milyon manata, balans kapitalı isə 23,6% artaraq 564,3 milyon manata çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram