Banklar əhaliyə 1 mlrd. manata yaxın depozit faizi ödəyiblər | Banco.az

Banklar əhaliyə 1 mlrd. manata yaxın depozit faizi ödəyiblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin sentyabr ayının 1-i tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 995 milyon manat təşkil edib. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə 167.5 milyon manat (20.2%) çoxdur.

Xatırladaq ki, 2025-ci ilin yanvar-avqust aylarında banklar 827.5 milyon manatlıq depozit faizləri ödəyiblər.

Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 1 milyard 363.4 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram