Ötən il bankların qeyri-faiz gəlirləri 2 mlrd. manata çatıb | Banco.az

Ötən il bankların qeyri-faiz gəlirləri 2 mlrd. manata çatıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar ayının 1-nə Azərbaycan bankları 1 milyard 970 milyon manat qeyri-faiz gəlirləri əldə ediblər. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 254.4 milyon manat və ya 14,8% çoxdur. 

Hesabat dövründə bankların qeyri-faiz xərcləri isə 3 milyard 213.8 milyon manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram