Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycana 129 milyon 555 min ABŞ dolları dəyərində 58 min 688 ton ət idxal olunub.
Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən ətin miqdarı 40,7%, dəyəri isə 49,4% və ya 42 milyon 817 min dollar artıb.
Belə ki, 2023-cü ildə Azərbaycana 86 milyon 738 min dollar dəyərində 41 min 707 ton ət idxal edilib.
Qeyd edək ki, hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,62%-ni təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!