Ötən il Azərbaycandan xaricə uçuşlar 16% artıb | Banco.az

Ötən il Azərbaycandan xaricə uçuşlar 16% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ildə Azərbaycandan xaricə 2023-cü illə müqayisədə 16,1% daha çox (26 489) aviareys təşkil olunub.

Banco.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, ötən il ölkədən ən çox reys Rusiya (7 643) istiqamətində olub. 2023-cü illə müqayisədə ötən il bu ölkəyə uçuşların sayı 8,9% artıb. 

İkinci yerdə Türkiyə (5 855), üçüncü yerdə isə 3 179 reyslə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb.

Xatırladaq ki, 2023-cü ildə Rusiyaya təşkil edilmiş reyslərin sayı 7 015, Türkiyəyə 5 624, Birləşmiş Ərəb Əmirliklərinə isə 2 438 olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram