Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2025-ci ildə mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 2 965.1 kiloqramı qızılın, 3 646.0 kiloqramı isə gümüşün payına düşüb.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, qızıl istehsalı 2024-cü illə müqayisədə 11,3%, gümüş istehsalı isə 14,5% artıb.
Yanvarın 1-nə olan vəziyyətə əsasən, ölkədə 43,5 kiloqram hazır qızıl, 361,9 kiloqram hazır gümüş ehtiyatı var.
Bizi sosial şəbəkələrdən izləyin!!
