Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonasında investor inamı son altı ayın ən yüksək səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, bazarlarla bağlı araşdırmalar aparan və mərkəzi Frankfurtda yerləşən “Sentix” avqust ayı üzrə Avrozonanın Ümumi İnvestor İnamı İndeksinin göstəricilərini açıqlayıb.
Məlumata görə, iyul ayında mənfi 3,1 bənd olan Avrozonanın Ümumi İnvestor İnamı İndeksi avqustda 4 bənd artaraq 0,9-a yüksəlib. Beləliklə, indeks ardıcıl dördüncü ay artıb və fevral ayından bəri ən yüksək səviyyəsinə çatıb.
Bazar gözləntiləri indeksin avqust ayında mənfi 0,7 bənd təşkil edəcəyi istiqamətində idi.
İndeksdəki yaxşılaşma investorların mövcud iqtisadi şəraitə dair qiymətləndirmələrinin bərpa olunması ilə əlaqədar olub.
İnvestorların qarşıdakı altı aya dair gözləntilərini ölçən Proqnozlar İndeksi də 9,3-dən 10,3-ə yüksəlib.
Mövcud Vəziyyət İndeksi isə mənfi 14,8 bənddən mənfi 8 bəndə yüksələrək 2026-cı ilin fevral ayından bəri ən yüksək səviyyəsinə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
