Ötən il Azərbaycan və Mərakeş arasında ticarət dövriyyəsi 5 % artıb | Banco.az

Ötən il Azərbaycan və Mərakeş arasında ticarət dövriyyəsi 5 % artıb

2025-ci ildə Azərbaycan və Mərakeş arasında ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 5 % artaraq 8,7 milyon ABŞ dolları olub.

Bu barədə Mərakeşin Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Mərakeşin Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ilin göstəricisi ilə müqayisədə 5 % artaraq 8,7 milyon ABŞ dolları təşkil edib", - paylaşımda bildirilib.