Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən il Azərbaycanda əhali adambaşına 44.9 kiloqram ət və ət məhsulları istehlak edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 1.4 kq çoxdur.
2023-cü ildə bu götərici 43.5 kq idi.
Qeyd edək ki, 2024-cü ildə əhalinin hər nəfəri 256.3 kq süd və süd məhsulları, 115.9 kq təzə çörək, 80.2 kq kartof, 79.1 kq meyvə-giləmeyvə, 7.5 kq düyü, 26.2 kq şəkər, 3.6 kq kərə yağı istehlak edib.
Bizi sosial şəbəkələrdən izləyin!!