Ötən ay könüllü həyat sığortası üzrə yığımlar və ödənişlər artıb | Banco.az

Ötən ay könüllü həyat sığortası üzrə yığımlar və ödənişlər artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2025-ci ilin yanvar ayında könüllü həyat sığortası növlərinin hesabına 55 milyon 615 min manat sığorta haqqı yığılıb.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, illik müqayisədə 15 milyon 444 min manat və ya 38.4% çoxdur.

Hesabat dövründə könüllü həyat sığortası növləri üzrə ödənişlər isə 2024-cü ilin yanvar ayına nisbətdə 7 milyon 530 min manat və ya 34.9% artaraq 29 milyon 88 min manata çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram