2025-ci ilin yanvar ayında Azərbaycanda banklar cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 100.8 milyon manat faiz ödəyiblər.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə (AMB) bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 62.3% və ya 38.7 milyon manat artıb. 2024-cü ilin müvafiq dövründə banklar 62.1 milyon manat depozit faizi ödəmişdilər.
Bu dövrdə banklar tərəfindən müddətli depozitlər üzrə 47.2 milyon manat, tələbli depozitlər üzrə isə 53.6 milyon manat faiz ödənilib.
Qeyd edək ki, cari il fevral ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.6% artaraq 36 milyard 961 milyon manata bərabər olub.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 377.2 milyon manat faiz gəliri əldə ediblər.