Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar ayında Azərbaycan 21.1 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Ötən ilin yanvar ayında qızıl ixrac edilməmişdi.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan 165.3 mln. ABŞ dolları dəyərində, 2023-cü ildə isə 121.5 milyon ABŞ dolları dəyərində qızıl ixrac etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!