Müəllif:Mehin Qasımova,Banco.az
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bütün lazımi meyarlara və məqsədlərə cavab verərsə, yeni üzvlər üçün həmişə açıqdır.
Banco.az xəbər verir ki, OPEC-in baş katibi Heysəm əl-Qais OPEC-in 9-cu Beynəlxalq Seminarı çərçivəsində jurnalistlərə bildirib.
"Biz OPEC-ə yeni üzvlər təşkilatın kriteriyalarına cavab verərsə, onlara hər zaman açığıq. Aydındır ki, bunlar digər OPEC ölkələri ilə oxşar məqsədləri olan ölkələr olmalıdır. Onlar həm də əhəmiyyətli ixracatçılar olmalıdırlar", - o deyib.
OPEK-in baş katibi vurğulayıb ki, təşkilat bir çox ölkələrlə danışıqlar aparır.
"Mən yalnız bəzi Afrika ölkələri ilə, məsələn, Seneqalla görüşlərim olub. Namibiyanın gələcəkdə potensialı var. Amma yeni üzvlərin qəbulu barədə rəsmi olaraq deyə bilmərəm", - deyə əl-Qeyt izah edib.
O, həmçinin Braziliyanın bu yaxınlarda OPEC+ Əməkdaşlıq Xartiyasına qoşulduğunu xatırladıb.
"Biz Braziliyanı tərəfdaş kimi alqışlayırıq, lakin onların bu öhdəlikləri götürməyə hazır olub-olmadığını bilmirəm", - OPEK-in baş katibi yekunlaşdırıb.
Hazırda OPEK-ə 12 neft ixrac edən ölkə daxildir. Təşkilatın tərkibində sonuncu dəyişikliklər 2023-cü ilin dekabrında Anqolanın OPEK-dən çıxmaq qərarına gəldiyi zaman baş verib.