OPEC+ ölkələri neft hasilatını azaltmaq barədə razılığa gəldilər | Banco.az

OPEC+ ölkələri neft hasilatını azaltmaq barədə razılığa gəldilər

Müəllif:Mehin Qasımova/Banco.az

OPEC+ ölkələri Səudiyyə Ərəbistanı da daxil olmaqla neft hasilatını azaltmaq barədə razılığa gəliblər.

Banco.az xəbər verir ki,  2024-cü ilin birinci rübündə Səudiyyə Ərəbistanı neft hasilatını sutkada 1 milyon barel azaltmağa davam edəcək. Yəni hasilat indiki 9 milyon barel səviyyəsində qalacaq.

Rusiya ixracda könüllü əlavə azalmanı 200 min barel artıraraq 500 min barelə çatdıracaq.

Rusiya baş nazirinin müavini Aleksandr Novak OPEC+ iclasının yekunlarına dair açıqlamasında deyib ki,Rusiya və Səudiyyə Ərəbistanından başqa OPEC+ ölkələri də neft hasilatını sutkada 700 min barel azaltmaq qərarına gəliblər:

"Yəni, əlavə ixtisarların uzadılması nəzərə alınmadan, 2024-cü ilin birinci rübündə yeni ixtisarlar çərçivəsində dünya bazarına sutkada 900 min barel az neft və neft məhsulları çıxarılacaq. Məsələn, Qazaxıstan neft hasilatını sutkada 82 min barel azaldaraq 1,468 milyon barelə qədər azaltmağa başlayacaq".

OPEC+ ölkələrinin görüşündən sonra, həmçinin qərara alınıb ki, Braziliya 2024-cü ilin yanvarından alyansa qoşulsun, lakin konkret hasilat kvotası olmadan bu baş tutacaq.

Bu, ölkədə neft hasilatının artması fonunda mümkün olub. Beləliklə, sentyabrda bu, avqust ayı ilə müqayisədə 6,1%, 2022-ci ilin sentyabr ayı ilə müqayisədə isə 16,7% artaraq sutkada 3,672 milyon barel təşkil edib. Braziliya Neft və Qaz İnstitutunun 2023-cü ilin iyulunda apardığı hesablamalara görə, ölkə dünyada doqquzuncu, Latın Amerikasında isə birinci olub. 

Növbəti OPEC+ görüşü 2024-cü il iyunun 1-də baş tutacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram