OPEC-in xam neft hasilatı artım göstərib | Banco.az

OPEC-in xam neft hasilatı artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

OPEC-in xam neft hasilatı sutkada 154 min barel artıb.

Banco.az xəbər verir ki, OPEC-in aylıq neft bazarı hesabatına görə, xam neft hasilatı ötən ay Qabon və Konqo istisna olmaqla, bütün üzv ölkələrdə artıb.

Fevral ayında xam neft təklifində ən böyük artım İran və Nigeriyada qeydə alınıb. Hasilat İranda gündəlik 34 min barel artaraq 3 milyon 308 min barelə, Nigeriyada isə gündəlik 34 min barel artaraq 1 milyon 560 min barelə yüksəlib.

Eyni dövrdə gündəlik hasilat Qabonda 6 min barel azalaraq 226 min barelə, Konqoda isə 1000 barel azalaraq 257 min barelə enib.

OPEC-in xam neft hasilatı ötən ay əvvəlki aya nisbətən gündəlik 154 min barel artaraq 26 milyon 860 min barelə çatıb.

Bu dövrdə, OPEC və OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupunun ümumi xam neft hasilatı gündəlik 363 min barel artaraq 41 milyon 11 min barelə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram