Müəllif: Tamara Mustafayeva, Banco.az
“OPEC+” qrupu hasilatın azaldılmasını yenidən bir il uzatmaq qərarına gəlib.
Banco.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-üzv ölkələrdən ibarət “OPEC+” qrupu ilin sonunda başa çatacaq hasilatın azaldılması müddətini daha bir il uzatmaq qərarına gəlib.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi “OPEC” və Rusiyanın başçılıq etdiyi “OPEC+” ölkələrinin enerji və neft nazirlərinin bazar konyukturasını qiymətləndirmək üçün onlayn formatda keçirdiyi 37-ci “OPEC” və “OPEC+” Nazirlər İclası başa çatıb.
“OPEC”in bəyanatına görə, gələn il üçün üzv ölkələrin ümumi hasilat həcmi gündəlik 39 milyon 725 min barel olacaq.
Bundan əlavə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hasilatı sutkada 300 min barel artıracaq. Sözügedən artım gələn ilin yanvar-sentyabr aylarında mərhələli şəkildə həyata keçiriləcək.
Beləliklə, edilən tənzimləmələrlə qrup hasilatın azaldılmasını 31 dekabr 2025-ci ilə qədər davam etdirəcək.
Xatırladaq ki, qrupun növbəti Nazirlər İclası dekabrın 1-də keçiriləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!