"OPEC" bu il qlobal neft tələbinin gündəlik 2 milyon bareldən çox artacağını gözləyir | Banco.az

"OPEC" bu il qlobal neft tələbinin gündəlik 2 milyon bareldən çox artacağını gözləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“OPEC” bu il qlobal neft tələbinin gündəlik 2,2 milyon barel artacağını gözləyir.

Banco.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Heysəm əl-Qeys Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində keçirilən sessiyada qiymətləndirmələr aparıb.

Dünyanın bütün enerji mənbələrinə ehtiyac duyduğunu bildirən Qeys, “Bu sahədə ayrı-seçkilik qəbuledilməzdir”, deyib. “Bəli, çoxlu zərərli tullantılar var, biz bunu azaltmalıyıq, lakin çox vaxt neft sənayesinin pisləndiyini görürük”, deyə əlavə edib.

Qeys qlobal neft tələbi ilə bağlı da qiymətləndirmələr aparıb.

“Bu il qlobal neft tələbinin gündəlik 2,2 milyon barel artacağını gözləyirik. 2024-cü ilin birinci rübündə gündəlik 2,3 milyon barel artım olub ki, birinci rüblər əslində tələbatın ən aşağı olduğu dövrlərdir.”

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram