İndiyədək ölkə ərazisində 104.491 ədəd belə NKA quraşdırılıb.
Banco.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2025-ci ilin yanvar ayında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 2 milyard 20,9 milyon manat olub ki, bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 16 faiz çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!