“Ölkələrin planları bərpa olunan enerji potensialı hədəfləri ilə uyğun gəlmir” | Banco.az

“Ölkələrin planları bərpa olunan enerji potensialı hədəfləri ilə uyğun gəlmir”

Müəllif: Tamara Mustafayeva, Banco.az

BEA: “Ölkələrin planları bərpa olunan enerji potensialı hədəfləri ilə uyğun gəlmir.”

Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Zirvəsi COP28-də elan etdiyi qlobal bərpa olunan enerji potensialını üç dəfə artırmaq öhdəliyi çərçivəsində ölkələrin hədəflərini və bu hədəfə çatmaq üçün tələb olunan siyasətləri təhlil edən hesabatı dərc olunub.

Təxminən 150 ölkənin təhlilini özündə əks etdirən hesabata görə, ötən il Dubayda keçirilən COP28-də ölkələrin öhdəsinə götürdüyü qlobal bərpa olunan enerji potensialının üç dəfə artırılması hədəfi iddialı olsa da, nail oluna biləndir.

Ölkələrin məqsədləri və cari icra planları bu hədəfə uyğun olmasa da, hökumətlərin qarşıdakı aylarda Milli Töhfə Bəyannamələri (MDM) vasitəsilə bu hədəfə nail olmaq üçün güclü planlar irəli sürmək üçün böyük imkanları var. 

Belə ki, ölkələrin hazırkı MDM-ləri üzrə planlar göstərir ki, 2030-cu ilə qədər qlobal bərpa olunan enerji potensialı 1300 gigavata qədər artacaq. Bu isə Dubayda elan edilmiş öhdəlik üçün tələb olunan gücün yalnızca 12 faizinə uyğundur. Bununla belə, Agentliyin məlumatına görə, hökumətlərin yerli planları göstərir ki, 2030-cu ilə qədər 8 min giqavat bərpa olunan enerji quraşdırıla bilər.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, ölkələrin yerli planlarının MDM çərçivəsində planlara çevrilməsi qlobal bərpa olunan enerji potensialının üç dəfə artırılması üçün tələb olunan artımın 70 faizinə uyğun olacaq.

Qeyd edək ki, qlobal bərpa olunan enerji potensialını üç dəfə artırmaq üçün isə dünyanın bərpa olunan enerji gücü 11 min gigavata çatmalıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram