Ölkədə notbuk istehsalı 75% artıb | Banco.az

Ölkədə notbuk istehsalı 75% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-mart aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 50,9 milyon manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 31,4% artıb, elektrik avadanlıqlarının istehsalı isə 2,4% azalıb.

Yanvarda 1 402 ədəd notbuk (75% çox), 1 640 ədəd stolüstü kompüter, 115,5 min ədəd ölçmə cihazları, 151 ədəd güc transformatorları, 300 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram