Ölkə və bank sektoru üzrə Moody’s reytinqi | Banco.az

Ölkə və bank sektoru üzrə Moody’s reytinqi

Moody’s Beynəlxalq Reytinq Agentliyi bu günlərdə Azərbaycanın ölkə reytinqini artıraraq Baa3-ə çatdırıb. Qeyd edək ki, Azərbaycan dövlətinin suveren reytinqi 2019 və  2021-ci illərdə Ba2, 2022-2024-cü illərdə Ba1 olub. Beləliklə, Baa3 reytinqi son illərdə Azərbaycana verilmiş ən yüksək ölkə reytinqidir.

Agentlik ölkənin bir neçə bankının da reytinqlərinə yenidən baxaraq bəzi bankların reytinqlərini dəyişib.  Banklar arasında son illər reytinqi ən çox yüksələn bank ABB olub. Belə ki, 2017-ci ildən ötən dövr ərzində bu bankın reytinqi son dəyərləndirmədə tarixi maksimuma çatıb. Hazırda ABB ölkənin bank sektorunda ən yüksək reyinqə malik bankıdır.

Bundan əlavə, Agentlik Kapital Bankın reytinqlərini Ba2 səviyyəsində təsdiqləyib. Xalq Bank və Bank Respublikanın reytinqləri isə Ba3 səviyyəsinə çatıb.

Aşağıdakı diaqramda Azərbaycanın və ölkə banklarının son illərdəki reytinq dinamikasını izləmək olar: